Direktlink:
Inhalt; Accesskey: 2 Hauptnavigation; Accesskey: 3 Servicenavigation; Accesskey: 4

Bizim məqsədimiz

Qara dəniz regionunun gələcəyi üzrə birgə baxış və ümumi strategiyaya ehtiyac

Qara dəniz regionu beynəlxalq arenada üstünlüyü artan şəkildə əldə edir. Əslində səmərəli həlləri tapmaq üçün ümumi problemlərin birgə ünvanlanmasını iştirakçılar anladıqları üçün regional yanaşma tədricən inkişaf edir.

Buna baxmayaraq, əməkdaşlıq səylərinə ölkələr daxilində və arasında qeyri-bərabər iqtisadi və siyasi inkişaf, milli qüvvələr və regional oyunçular arasında uzunmüddətli düşmənçilik münasibətləri kimi bir sıra amillər tərəfindən ciddi şəkildə maneçilik törədilir.

2008-ci ilin avqust ayında Gürcüstandakı hadisələr həll olunmamış münaqişələrin intensiv şəkildə artması üzrə potensialı və belə hadisələrin yerli əhaliyə, o cümlədən bütöv regiona mənfi təsirini aydın şəkildə əks etdirdi. Eyni dərəcədə 2008/2009-cu ilin qış ayında Ukrayna və Rusiya arasındakı qaz böhranı haqqında da qeyd etmək olar.

Bu şəraitdə münaqişələri sülh yolu ilə həll edərək dialoq və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş sağlam siyasət yürütmək vacibdir.

Buna baxmayaraq, Qara dəniz regionunda əməkdaşlıq üzrə səylər və imkanlar haqqında kiçik siyasiyönlü tədqiqat mövcuddur, bu, sağlam, reallığa əsaslanan siyasətlərin inkişafının çətin olması deməkdir. Bundan əlavə mövcud tədqiqat xüsusi mövzulara yönəlməyə meyl edir (məsələn, enerji, nəqliyyat, ətraf mühit və s.) və/və ya daha çox bir tərəfli baxışa əsaslanmalıdır (milli və ya Qərbi/Avroatlantik).

Qara dəniz üzrə Komissiya regiondan, o cümlədən Qara dəniz ərazisi ölkələrindən kənardakı ölkələrdən mümkün qədər obyektiv və balanslaşdırılmış baxışa malik mütəxəssis və təşkilatçıları birgə cəlb edərək yaradılmalı olan Qara dəniz regionunun gələcəyi üzrə ətraflı, siyasət yönlü tədqiqatı inkişaf etdirərək bu qeyri-balansı dəyişmək məqsədini daşıyır. Məqsəd yalnız qısamüddətli, sektoral və ya təşkilatçı yönlü maraqları əks etdirmək deyil, həm də bir region olaraq Qara dəniz boyu yeni baxış və uzun müddətli strategiyaya töhvə verməkdir.

Tədqiqatın nəticələrinə dəstək vermək üçün Komissiya 2010-cu ilin əvvəlində qısa şərh, ö cümlədən əsas təşkilatçılara yönəlmiş siyasi məsləhətlərə malik birgə hesabat hazırlayacaq.